17 C
Baku
Bazar, May 29, 2022

“Deutsche Bank” və “Commerzbank”ın səhmləri kəskin ucuzlaşıb

Almaniyanın “Deutsche Bank” və “Commerzbank”ın səhmləri kəskin ucuzlaşıb.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bunun səbəbi investorlarından birinin bu iki şirkətin böyük səhm paketlərini satışa çıxarması olub.

Vurğulanır ki, səhmdar “Deutsche Bank”ın 116 milyon, “Commerzbank”ın isə 72.5 milyon səhmini satır. Ümumilikdə, satışa çıxarılan səhmlərin dəyəri təxminən 2 milyard dollar olaraq qiymətləndirilir.

“Bloomberg” qeyd edir ki, səhmlərini satan investor “Capital Group”dur.

Son xəbərlər
Oxşar xəbərlər