“Deutsche Bank”dan xəbərdarlıq: “İqtisadiyyat saatlı bomba üzərindədir”

“Deutsche Bank” iqtisadçıları mümkün inflyasiya böhranı barədə xəbərdarlıq ediblər. Onlar hesab edirlər ki, inflyasiya narahatlıqlarını nəzərə almadan iqtisadiyyatı stimullaşdırmağa başlamaq səhv addımdır, hansıki dəhşətli nəticələrə gətirib çıxaracaq. Banker.az “”Forbes.ru”ya istinadən xəbər verir. Mütəxəssislərin fikrincə, yaxın perspektivdə olmasa da, 2023-cü ildə bu baş verəcək.

İnflyasiya aradan qalxacaq bir problem kimi görünə bilər, lakin ehtimal ki, davam edəcək və gələcək illərdə nəticələri dağıdıcı olan böhrana gətirib çıxaracaq. Bu barədə “Deutsche Bank”ın proqnozuna istinadən “CNBC” məlumat verib.

Analitiklər ayrıca pandemiyadan sonra iqtisadiyyatı tam bərpa etmək üçün yüksək inflyasiyaya hazır olan ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) işarə ediblər. İqtisadçılar FED-in siyasətini sərtləşdirməkdən imtina etməsinin iqtisadi və maliyyə göstəriciləri üçün ağır nəticələrə səbəb olacağına inanırlar.

“Deutsche Bank”ın baş iqtisadçısı Devid Folkerts-Landauya görə, inflyasiya proseslərini görməməzlikdən gəlmək “əhəmiyyətli tənəzzülə səbəb ola bilər və dünyada, xüsusilə inkişaf etməkdə olan bazarlarda maliyyə problemləri zəncirini formalaşdıracaq”.

Xatırladaq ki, daha əvvəl FED iqtisadi bərpa hədəfinə doğru “əhəmiyyətli irəliləyiş” görməyincə faizləri artırmayacağını bildirib. ABŞ siyasətçiləri inflyasiyadakı mövcud artımın müvəqqəti olduğunu və tədarükün kəsilməsi sona çatdıqdan və koronavirus böhranının təsirləri aradan qaldırıldıqdan sonra azalacağını düşünürlər.

“Deutsche Bank” analitikləri bu baxışla razılaşmırlar və iqtisadiyyata aqressiv stimulun verilməsinin inflyasiyaya səbəb olacağını hesab edirlər. Uoll-Stritin analitikləri FED-in mövcud inflyasiya təzyiqlərinin keçici olduğu fikri ilə həmfikirdirlər. Məsələn, “Goldman Sachs”ın baş iqtisadçısı hesab edir ki, FED-in mövqeyini dəstəkləmək üçün “yaxşı səbəblər” var.

Daha əvvəl Konqres pandemiya ilə əlaqəli 5 trilyon dollarlıq stimullaşdırma paketini təsdiq edib və FED balansını təxminən iki dəfə artıraraq 8 trilyon dollara çatdırıb. Bununla yanaşı, ikinci rübdə iqtisadiyyatın təxminən 10% böyüməsi, məşğulluq mənzərəsinin isə 478 min iş yerindən ibarət olması gözlənilir.

“Deutsche Bank” qarşıdakı inflyasiyanın 1970-ci illərdəki təcrübəyə bəznəyəcəyinə inanırlar. Qeyd edək ki, həmin ildə inflyasiya 7% təşkil edib və müxtəlif vaxtlarda ikirəqəmli göstəricilərə çatıb. Bu səbəbdən FED rəhbəri tənəzzülün qarşısını almaq üçün faiz dərəcələrini kəskin şəkildə qaldırmaq məcburiyyətində qalıb. “Deutsche Bank” bu ssenarinin yenidən baş verə biləcəyini hesab edir.

“Artıq indi qiymət artımı mənbələri ABŞ iqtisadiyyatına nüfuz edir. Onlar kağız üzərində keçici olsalar da, 1970-ci illərdə olduğu kimi, gözləntilərlə qidalanır. Risk ondadır ki, cəmi bir neçə aylıq tətbiqə baxmayaraq, qiymət artımı stimulunu saxlamaq çətin olacaq”, – açıqlamada deyilir.  Orada yüksək faiz dərəcələrinin “borc içində batan bir dünyada fəlakətə səbəb ola biləcəyi” və maliyyə böhranları ilə nəticələnəcəyi göstərilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.