1 C
Baku
Saturday, December 14, 2024

“Deutsche Bank”ı dünya səviyyəsinə yüksəltmiş bankir xərçəngdən vəfat edib

Hindistanlı maliyyəçi Anşu Ceyn 59 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, “Deutsche Bank”da iyirmi ildən çox çalışıb, baş direktor vəzifəsinə qədər yüksəlib və Almaniyada ən böyük qeyri-Avropa bankının ilk rəhbəri olub. Bankirin ekspertləri və həmkarları bildiriblər ki, Anşu Ceynin fəaliyyəti dövründə “Deutsche Bank” Almaniya bankından qlobal maliyyə institutuna çevrilib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Ceynin ölümü barədə maliyyəçinin qohumlarının bəyanatına istinadən “Financial Times” xəbər yayıb. Bankirin ailəsi açıqlamada “Sevimli həyat yoldaşımız, oğlumuz və atamız onikibarmaq bağırsağın xərçəngi ilə beş illik şiddətli mübarizəsindən sonra vəfat etdiyinə görə çox kədərlənirik” deyib.

Maliyyəçi “Deutsche Bank”a 1995-ci ildə gəlib, investisiya fondları ilə işləmək üçün bölmə təşkil edib. 2005-ci ildə qlobal bazarlar departamenti ona həvalə edilib, 2010-cu ildə isə Anşu Ceyn investisiya bankçılığının rəhbəri olub. 2012-ci ildə o, “Deutsche Bank”ın həmsədri vəzifəsinə yüksəlib.

Daha əvvəl fransız bankir Baron Benjamin de Rotşild – sülalənin ən zəngin üzvlərindən biri – İsveçrədə 57 yaşında dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər