9 C
Baku
Thursday, December 12, 2024

Devalvasiya “Azercell”ə 15 mln. manatlıq zərər vurub

“Bütün şirkətlər kimi, manatın devalvasiyası “Azercell Telekom” MMC-yə də təsir edib”. “APA-Economics” xəbər verir ki, bunu “Azercell Telekom” MMC-nin maliyyə məsələləri üzrə məsləhətçisi Sərdar Yılmaz bu gün keçirilən mətbuat konfransında bildirib.

“Devalvasiya ötən il şirkətimizə 10-15 milyon manat məbləğində zərər vurdu. Bu, elə də böyük rəqəm deyil. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb”, – deyə S.Yılmaz qeyd edib.devalvasiya azercell e 15 mln manatliq zerer vurub

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev isə manatın devalvasiyasının şirkətə vurduğu zərərdən danışarkən bunu deyib: “Hər bir ciddi şirkətin məhz iqtisadi böhran dövründə ciddi itkilərlə qarşılaşmaması üçün müvafiq departament iş başında olur… “Azercell Telekom” MMC-nin də müvafiq departamenti öz işinin öhdəsindən peşəkarcasına gəlib. Məhz bunun nəticəsində ötən ilin dördüncü rübü şirkətimiz üçün uğurlu olub”.

Son xəbərlər
Digər xəbərlər