Devalvasiya – milli valyutanın əcnəbi valyuta ilə münasibətdə dəyərini itirməsidir. Bu nə deməkdir? Devalvasiya zamanı milli valyuta ucuzlaşır, digər valyutalar isə əksinə olaraq dəyər qazanır.
Bu termin, valyutanın məzənnəsinin artması termini olna revalvasiyanın əksidir.
Milli valyutanın məzənnəsinin zəifləməsində bir sıra məqsədlər hakim ola bilər. Məsələn, devalvasiya ölkənin ödəniş balansındakı kəsri azaltmaq, ixracın timullaşdırılması, milli şirkətlərin dünya bazarında rəqabət bacarığının artırılması məqsədilə həyata keçirilə bilər.
Lakin devalvasiyanın kifayət qədər mənfi cəhətlərinin olduğunu və müəyyən risk daşıdığını bilməkdə fayda var. Belə ki, devalvasiya inflyasiya templərini sürətləndirir, devalvasiya zamanı idxal edilən məhsulların qiyməti qalxır, milli valyuta ilə edilən bank yatıırmları dəyərdən düşür.
Devalvasiyadan adətən əhali əziyyət çəkir. Çünki bu zaman əmək haqqı və təqaüdlərin alıcılıq qabiliyyəti enir. Nəticədə əhalinin alıcılıq qabiliyyəti enir, məhsul və xidmətlərə tələbat azalır.
Devalvasiyanın digər tərifi:
Devalvasiya – milli valyutanın dəyərsizləşdirilməsidir, daha doğrusu onun əcnəbi valyuta və qızıla münasibətdə məzənnəsinin enməsidir. Həmçinin devalvasiya – kağız pulların rəsmi məzənnəsinin öz real dəyərindən aşağı salınmasıdır.
Devalvasiyaya tarixdən nümunə gətirsək, 1992-ci ildə funtun qəfil olaraq enməsini göstərə bilərik. Bu zaman Soros əhəmiyyətli gəlir qazana bilmişdi. O bir gün ərzində 10 milyard dollar dəyərindən çox funt satmışdı ki, bu da kritik hədd olmuşdu. Ciddi şəkildə həyata keçirilən satışdan sonra bazarda kifayət qədər çox sayda ucuz funt var idi. Bu zaman hökumət valyutanı artıq qorumağa çalışmaqda bir işıq ucu görmürdü. Funtun enməsi 12% təşkil edirdi. Bu dövrdə italyan lirası da devalvasiyaya məruz qalan valyutalardan idi və onun enmə faizi 7% təşkil edirdi.