10 C
Baku
Friday, December 13, 2024

Devalvasiyada daha çox itirən banklar (silsilə araşdırma)

Banker.az Azərbaycanda fəaliyyət göstərən bankın hər birinin hansının devalvasiya prosesindən sonra hələdə tam ayağa qalxa bilməməsi haqqında araşdırmaya başlamışdır. Qeyd edilən araşdırma silsilə xarakteri daşıyacaqdır və hər dəfə bir bank təhlil ediləcəkdir. Araşdırma hər hansı reytinqinq əsasında aparılmır və ilk banklar bizdə olan məlumatların dolğunluğundan irəli gələrək götürülmüşdür.

Araşdırma apardığımız ilk bank Turanbankdır .

İyun ayı üçün çap etdirdiyi məlumatlara əsasən, bank ilin əvvəlindən indiyə qədər qazandığı gəlir xərclərindən daha çox olmuşdur. Bankın 6 ayın nəticəsi üzrə ziyanı 285 000 AZN təşkil edir. Bir nüansıda qeyd edək ki, bankın 2-ci rüb üzrə gəlirləri devalvasiyadan sonra yaranmış zərəri qismən örtə bilmişdir.

Bankın hazırda 391 mln. manat aktivləri vardır. Aktivlərinin təxminən 197 milyonu xarici valyutadadırki , bu da ümumi aktivlərin təxminən 50% bərabətdir. Növbəti devalvasiyanın gözləndiyi vaxt bu göstəricilərlə bank kifayət qədər zərbə ala bilər. Qeyd etdiyimiz rəqəmlər İyun ayına aiddir.

Bankın hesabatlarına görə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində həcmi təxminən 3% və ya 8 mln. Azn təşkil edir. Bu rəqəm hazırda Azərbaycan şəraitində inandırıcı səslənmir. Ola bilsin bank Mərkəzi Bankın tövsiyyələrinə əsasən bank çoxlu sayda müştəri üçün kredit qrafikini dəyişdirmişdir. Lakin, bu bizim subyektiv fikrimizdir.

Bankda müştərilərə məxsus depozitlərin ümumi həcminin təxminən 80% xarici valyutada yerləşdirilmişdir.

Diqqətimizi çəkən digər nüanslardan biridə bankın borclanma əmsalının nisbətən yüksək olmasından ibarətdir. Qeyd etdiyimiz kimi , bankın ümumi aktivlərinin həcmi 391 mln manat təşkil etdiyi halda, bu pulun təxminən 86% (yəni 336 mln manat) borc vəsaiti hesabına formalaşmışdır.

dddd

Son xəbərlər
Digər xəbərlər