-1 C
Baku
Sunday, December 15, 2024

Devalvasiyanın əmlak bazarına təsiri necə oldu?

Əgər biz daşınmaz əmlak bazarında mövcud olan qiymətləri nəzərdən keçirsək son il yarımda dollarla olan qiymətlərin ancaq birtərəfli qaydada enişini müşahidə edirik. 1 ay qabaq artıq bildirmişdik ki, dollarla qiymətlər artıq orta hesabla 2 dəfəyə kimi düşüb. Ancaq bu rəqəmi çox ehtiyyatla dilə gətiririk. Çünki seqmentlər üzrə (ilkin bazar, torpaq bazarı, kommersiya obyektləri bazarı və s.) qiymət enməsi qeyri-bərabər olub. Əgər qiymətləri manat ifadəsində nəzərdən keçirsək bu halda biz fevral və dekabr devalvasiyalarının təsirinə görə fərqli mənzərə görəcəyik. Manatla qiymət enməsinin 1-ci dalğasını biz 2014-cü ilin payızından fevral devalvasiyasına kimi müşahidə edirdik. Həmin vaxt qiymətlər həm manat, həmdə dollar ifadəsində enirdi. 33% Fevral devalvasiyasından sonra manatla olan qiymətlər 1 ay ərzində əhəmiyyətli dərəcədə artdı. Həmin an dollarla qiymətlər məntiqi olaraq azalma nümayiş etdirdi. Ancaq mart ayının sonu, aprel ayının əvvəlindən qiymətlər hər iki valyutada manat və dollar ifadəsində enməyə davam etdi və bununla manat qiymətlərinin enməsinin 2-ci dalğası başladı. Dekabr devalvasiyasından öncə fevral devalvasiyasından bir qədər fərqli vəziyyət yaranmışdı. Bazarda satılan əmlakların əksər hissəsinin qiyməti manatla, az hissəsininki isə dollarla (elanlarda məzənnəyə uyğun manatla göstərilirdi) göstərilirdi. Bundan əlavə dekabr devalvasiyasından sonra əlavə olaraq manat cüzi dəyərsizləşməyə (1,55-dən 1,6-ya kimi) məruz qalmışdı.

Bəs biz bazarda dekabr devalvasiyasının nəticəsi olaraq nə müşahidə etdik?

Hadisələr normal olaraq seqmentlər üzrə, təklif qiymətlərinin valyutasından asılı olaraq fərqli baş verdi. Qiymətləri dollarla müəyyən edilən manat ifadəsində göstərilən əmlakların (elanlarda məzənnəyə uyğun manatla göstərilirdi) qiymətlərinin bir hissəsi dollarla aşağı salındı, bir hissəsi isə eyni qaldı. Məsələn, araşdırma zamanı elə elanlara rast gəlmişik ki, dekabr devalvasiyasından əvvəl yerləşdirilib. Satıcı ilə əlaqə yaradanda məlum olur ki, qiymət tam fərqlidir. Çünki həmin elanda qiymət manatla göstərilsədə müştəri onu müəyyənləşdirəndə dolların məzənnəsinə istinad edib. İndi əlaqə yaradanda isə qiyməti ya yeni məzənnə ilə, yaxudda elə dollarla deyir. Etiraf edək ki, bu cür hallar o qədərdə çox deyi. Bu daha çox kommersiya obyektləri bazarına xassdır. Qiymətləri manatla müəyyənləşdirən satıcılar üzrə isə fərq azdır. Bəziləri əvvəlki qiymətləri saxlayıb, bir hissəsi isə qaldırıb. İlkin bazardada mənzərə eynidir. Bəzi tikinti şirkətləri qiymətləri artırıb, xüsusəndə ucuz ev tikənlər.

Buna görədə ümumilikdə bazarı nəzərdən keçirdikdə, sözsüz ki dekabr devalvasiyasının təsiri altında qiymətlər qismən artıb. Ancaq ən çox maraqlandıran cari vəziyyət yox gələcəkdə hadisələrin necə cərəyan edəcəyidir.

Bazarda dollarla olan qiymətlərlə bağlı biz əvvəldə demişdik ki, hər şey makroiqtisadi şəraitdən asılı olacaq. Bu şərait isə neftin uzunmüddətli qiymətlərindən asılı olacaq. Daşınmaz əmlak bazarına təsir bizdə bir qədər gec çatır. Yenədə hesab edirik ki, bazarda mövcud olan qiymətlər hələdə makroiqtisadi şəraitə adekvat deyil, bu isə deməkdir ki mövcud şəraitin reallıqları qiymətlərdə hələdə tam olaraq əks olunmayıb. Makroiqtisadi şərait dedikdə bir çoxları bunu ancaq əhalinin alıcılıq qabiliyyəti ilə bağlayır. Bu doğrudur, ancaq tam olaraq bununla əlaqələndirmək yanlışlıqdır. Alıcıların gözləmə mövqeyində olmasıda doğrudur, ancaq baxır söhbət hansı alıcılardan gedir. İnvestor alıcılar isə daşınmaz əmlaka kapital yerləşdirilməsi nöqteyi nəzərindən baxırlar. Onların bir hissəsi alış üçün qiymətlərin dahada enməsini, digər bir hissəsi isə iqtisadi şəraitin yaxşılaşması siqnallarını gözləyirlər. İkincilər daha doğru strateqiya seçiblər.

Rəşad Əliyev
“Value and Sources” konsaltinq şirkəti

Son xəbərlər
Digər xəbərlər