Banker.az Azərbaycanda fəaliyyət göstərən bankın zhansının devalvasiya prosesindən sonra hələdə tam ayağa qalxa bilməməsi haqqında araşdırmaya başlamışdır. Qeyd edilən araşdırma silsilə xarakteri daşıyacaqdır və hər dəfə bir bank təhlil ediləcəkdir. Araşdırma hər hansı reytinqinq əsasında aparılmır və ilk banklar bizdə olan məlumatların dolğunluğundan irəli gələrək götürülmüşdür.
Qeyd edək ki, bu silsilədə ilkin yazı TuranBank (https://banker.az/devalvasiyada-daha-cox-itir%C9%99n-banklar-silsil%C9%99-arasdirma/) haqqında olmuşdur.
Devalvasiyanın şiddətli təsir etdiyi banklardan biridə MuğanBank. Bu argumenti şərtləndirən bir çox amil vardır, lakin onların arasında ən vacibi məhz banka dəyən maddi ziyanın həcmidir. Bank hələdə əldə etdiyi gəlirlərin hesabına ilin əvvəlində baş vermiş devalvasiyanın ziyanlarını kompensasiya edə bilmir. MuganBankın 2015 ilin 1-ci rübü üzrə zərəri təxminən 8.5 mln. manat təşkil edib. Qeyd edək ki, Bankın devalvasiyadan ziyanı daha çoxdur – və onun ilin birinci rübü ərzində qazandığı gəlirlər bütünlüklə o zərərin və ehtiyatların yaradılmasına sərf edilmişdir.
MuganBankın 2015-ci ilin 2-ci rübü üzrə zərəri isə təxminən 2 mln manat təşkil edir. Bank bu templə davam etsə ola bilərki ilin sonuna əldə olunmuş gəlirlərin hesabına mənfəətə çıxa biləcəkdir. Bu prosesdə devalvasiyanın nəticəsi və həmçinin keyfiyyətsiz kreditləşmənin təsiri nəticəsində kreditlərin problemə düşməsi məsələsinidə unutmaq lazım deyildir. Əgər bu tip kreditlərin risk statusunda dəyişiklik olarsa, bu bank üçün əlavə xərcə (ehtiyyat və itkilər şəklində) çevriləcəkdir.
Bankın balansının strukturu ilə detallı məlumatı buradan ala bilərsiniz. Aşağıdakı qrafikdə balansın əsas maddələrindən olan Aktivlər,öhdəliklər,Kredit və depozit portfelləri haqqında qısa informasiya təsvir edilmişdir.