13 C
Baku
Tuesday, May 7, 2024

Devid Kemeron Zelenski ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeronla görüşüb.

Bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

O, naziri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona ilk xarici səfərinin Kiyevə olmasına görə təşəkkür edib.

“Bu, çox vacibdir, xüsusən indi dünya təkcə Ukraynadakı vəziyyətə diqqət yetirmir. Biz Ukraynaya göstərilən sarsılmaz dəstəyə, vətəndaşlarımızın səmimi qarşılanmasına görə Britaniyaya minnətdarıq. Ukraynaya gəldiyiniz üçün şadıq”, – V.Zelenski vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər