-3 C
Baku
Sunday, December 15, 2024

Devid Qlaşin 1993-cü ildən kimsəsiz adada yaşayır

1987-ci ildə Devid Qlaşin birja alış-verişlərində 6,5 milyon dollar itirir və kimsəsiz adaya köçməyə qərar verir. 1993-cü ildə o, öz həyat yoldaşı ilə Avstraliyada yerləşən RestorationIsland-a köçür. Lakin Devidin həyat yoldaşı ada şəraitində yaşaya bilmir və onların gənc oğlunu da özü ilə götürərək adanı tərk edir.

Kimsəsiz həyat Devidə çox şey öyrədib. O, tərəvəzlər əkir, hətta öz pivəsini özü düzəldir. Devid əvvəlki kimi internet vasitəsi ilə səhmlərin ticarəti ilə məşğuldur.

Adada internet var. Düzdü, internetin sürəti və keyfiyyəti isə başqa məsələdir. Devid günəş enerjisi ilə çalışan kompüterdən istifadə edir. O, internetə əsasən tanışlıq saytını yoxlamaq üçün qoşulur. Tanışlıq saytında Devid adada yaşamaq üçün öz «Cümə axşamını» axtardığını elan edib. O, hətta əks cinsin nümayindələrinin onun acınacaqlı vəziyyətini anlasınlar deyə sayta öz manekeninin şəklini göndərib. Bu elanla bir çox adam maraqlanıb, lakin heç kəs Devidlə adada yaşamağa cürət etməyib. Beləliklə, Devid hələ də yalnızdır.

Devid tərəvəzlər əkir, pivə düzəldir, balıq tutur. Mütəmadi olaraq onu yaxınlıqda üzən gəmilərin ekipajları ziyarət edir. Onun yeganə dostu sadiq iti olaraq qalır.

Avstraliya hökuməti bu adanı Qlaşinə onun burada turistlərin yerləşdirilməsi üçün yerlərin düzəldəcəyi şərti ilə «icarəyə» verib. Lakin Devidin burada heç nə düzəltmədiyi üçün hökumət onun 1,52 hektar sahəsi olan bu cənnətdən köçməsini istəyir.

«Bəzən mən burada özümü çox tənha hiss edirəm, – deyə Qlaşin etiraf edir, sonra isə zaarfatla əlavə edir: – Artıq yalnız ləpələrin sahilə su pərisi atmasına ümid edirəm».

2000-ci ildən etibarən Avstraliya hökuməti Devidin bu adadan köçməsinə çalışır. Devid isə bu adadan köçəndən sonra nə ilə məşğul olacağını bilmədiyini deyir.

Kimsəsiz ada Devidə sağ qalmağın əsas qaydalarını öyrədib. «Bu qaydaları öyrənməsən, burada ölə bilərsən», – deyə Devid əlavə edir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.