17 C
Baku
Saturday, May 18, 2024

Deyl Karneqi-nin ən faydalı sitatları

Hər bir insan gün ərzində azı 5 dəqiqəlik də olsa ən axmaq insan kimi davranır. Müdriklik bu sərhədi aşmamağı bacarmaqdadır. 

 Biz bu dünyada cəmi bir neçə 10 il yaşayırıq. Lakin buna baxmayaraq küskünlüklər, incikliklər barədə düşünürək neçə saatımızı boşa israf edirik. Bu o küskünlüklərdir ki, bir ildən sonra nə biz, nə də ətrafdakılar xatırlamayacaqlar.

İstənilən axmaq insan mühakimə, tənqid edə və öz narazılığını bildirə bilər. Axmaqların əksəriyyəti də məhz belə edir.

İnsanın adı – onun üçün istənilən dildə səslənən ən sevimli və ən vacib səsdir.

Etdiyin hərəkətin hansı pis nəticələr törədəcəyini təsəvvür et, onlarla barış və hərəkətə keç!

Nigahında xoşbəxtlik qazanmış adi insan, tənha yaşayan alimdən daha xoşbəxtdir.

Qılıqlanmaq – insanın özü haqqında nə düşündüyünü ona deməkdir.

Nəyisə öyrənməyi ürəkdən arzulamaq artıq uğurun 50%-i deməkdir.

Unutmayın ki, müsahibiniz tamamilə səhv ola bilər. Lakin o özü belə düşünmür.

 Özünüzü qarşınızdakı insanın yerinə qoymağı və sizə deyil, ONA nə lazım olduğunu anlamağa çalışın. Dünya – bunu etməyi bacaran insanla bir olacaq.

Tənqid  – barıtla dolu qüruru partlada biləcək bir qığılcımdır.

 Əgər bir insan səndən öz məqsədləri üçün istifadə etməyə çalışırsa, onu tanışlarının siyahısından sil.

Qadının üzünün ifadəsi onun geyimindən daha vacibdir.

Sizi günahlandıran şəxsin haqqınızda deyəcək bütün sözləri ondan öncə siz deyin. Bununla onun yelkənini küləkdən məhrum edəcəksiniz.

Hər bir millət özünü digər millətlərdən daha üstün hesab edir. Bu vətənpərvərlik və… müharibə yaradır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər