28 C
Baku
Saturday, July 27, 2024

DFC son 20 ildə Azərbaycana 230 mln. dollar investisiya yatırıb

ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (U.S. International Development Finance Corporation – DFC) son 20 ildə Azərbaycana 230 mln. dollar həcmində investisiya yatırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi “2020 Investment Climate Statements: Azerbaijan” adlı hesabatında deyilir.

Qeyd olunub ki, bu məbləğ 24 biznes layihə çərçivəsində ayrılıb. Layihələr enerji, françayzinq, bank, maliyyə və turizm sektorlarında icra olunub.

Qeyd edək ki, sözügedən layihələrin sırasında Bakı-Tbilisi-Ceyhan boru kəməri də olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər