10 C
Baku
Şənbə, Noyabr 27, 2021

DGK 2021-ci ildə büdcə öhdəliyinin 110-111 % yerinə yetirilməsini gözləyir

İdxal mallarının statistik göstəricilərinin təhlili göstərir ki, bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə Dövlət Gömrük Komitəsi (DGK) üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 % yerinə yetirilməsi gözlənilir”.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev müsahibəsində deyib.

“Cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 %yerinə yetirilib.

Məlum olduğu kimi, gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülən vergi və rüsumların məbləği ölkə ərazisinə xarici dövlətlərdən idxal olunan malların həcmindən bilavasitə asılıdır”, – S. Mehdiyev bildirib.

Mənbə:AzərTAc
Son xəbərlər
Oxşar xəbərlər
X