DGK: Azərbaycan və Gürcüstan sərhəddə yük maşınlarının sıxlığının aradan qaldırılması üçün tədbirlər görəcək

Azərbaycanla Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.

Bu barədə cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib.

“Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, – qeyd edilib.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində son günlər yük avtomobillərinin hərəkətində ciddi sıxlıq müşahidə olunduğu, Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər