12 C
Baku
Wednesday, December 11, 2024

DGK-da 2 mln. manatlıq artıq və əsassız ödənişlər aşkarlanıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində təyinatı üzrə əsassız xərclənməsi üzrə yoxlamalar aparılıb. Aparılma səbəbi Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı olub.

Bu barədə Banker.az Maliyyə Nazirliyinin yoxlamasına istinadən xəbər verir.

Nəzarət tədbiri 15.12.2017 – 31.12.2017-ci il tarixini əhatə edir.

Yoxlamalar zamanı məlum olub ki, 2,027,800 manat artıq və əsassız ödənişlər həyata keçirilib. Bildirlir ki, bu məbləğdən heç biri dövlət büdcəsinə bərpa edilməyib.

Maliyyə Nazirliyinin digər yoxlamaları isə Bakı Baş Gömrük İdarəsində olub. Yoxlamalar 01.01.2016-ci il və 27.05.2018-ci il tarixlərini əhatə edib və burada da 3,281,270 manat artıq və əsassız ödənişlər həyata keçirilib. Lakin, bu məbləğlərin hər biri büdcəyə bərpa olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər