Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 253 078,4 mln. manat təşkil edib.
Banker.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 869 678,39 min manat yaxud 36,49% çoxdur.
Bu ilin 11 ayında gömrük rüsumları üzrə daxilolmalar 194 477,66 min manat və yaxud 30,72 artaraq 827 446,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 583 435,96 min manat və yaxud 35,57% artaraq 2 223 775,50 min manat, aksizlər üzrə daxilolmalar 87 085,8 min manat və yaxud 2,11 dəfə artaraq 165 334,5 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 4 678,97 min manat və axud 14,69% azalaraq 36 521,6 min manat olub.