DGK xətti ilə dövlət büdcəsinə 6.37 milyard manat daxil olub.
Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 6 milyard 369.9 milyon manat təşkil edib.
Bu məbləğ dövlət büdcəsi gəlirlərinin 16.3 faizini formalaşdırıb.
2024-cü ildə DGK xətti ilə büdcəyə daxilolmalar 6 milyard 648.7 milyon manat olmuşdu.
Beləliklə, illik müqayisədə gömrük daxilolmaları 278.8 milyon manat və ya təxminən 4.2% azalıb.







