17 C
Baku
Friday, October 18, 2024

DHL çatdırılma xidməti Rusiyada qiymətləri 35% qaldırıb

Dünyanın ən böyük logistika operatorlarından biri olan DHL, Rusiyada xidmətlərinin qiymətini orta hesabla 35% artırıb. Məlumata görə, çatdırılma, əlavə xidmətlər və rüsumlar, eləcə də gömrük bəyannaməsi xidmətləri üzrə də tariflərdə dəyişiklik olub.

DHL-in baş ofisi Almaniyada yerləşir. Qlobal şirkətin əsas işi sənədlərin və yüklərin “qapıdan-qapıya” sürətli çatdırılmasıdır. DHL-in qlobal TDI seqmentindəki payı 43% təşkil edir, əsas rəqibləri isə Amerikanın FeDex (30%) və UPS (20%) şirkətidir.

DHL, göstərilən xidmətlərin həcmini azaltsa da, Rusiya bazarında fəaliyyətini davam etdirir: 2022-ci il sentyabrın 1-dən şirkət yalnız xaricə daşımaları saxlamaqla Rusiya daxilində bağlamaların çatdırılmasını dayandırıb.

Eyni zamanda, DHL-in əsas rəqibləri olan FedEx və UPS Ukraynada müharibə başlayandan sonra Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.

Son xəbərlər
Digər xəbərlər