Dünyanın ən böyük logistika operatorlarından biri olan DHL, Rusiyada xidmətlərinin qiymətini orta hesabla 35% artırıb. Məlumata görə, çatdırılma, əlavə xidmətlər və rüsumlar, eləcə də gömrük bəyannaməsi xidmətləri üzrə də tariflərdə dəyişiklik olub.
DHL-in baş ofisi Almaniyada yerləşir. Qlobal şirkətin əsas işi sənədlərin və yüklərin “qapıdan-qapıya” sürətli çatdırılmasıdır. DHL-in qlobal TDI seqmentindəki payı 43% təşkil edir, əsas rəqibləri isə Amerikanın FeDex (30%) və UPS (20%) şirkətidir.
DHL, göstərilən xidmətlərin həcmini azaltsa da, Rusiya bazarında fəaliyyətini davam etdirir: 2022-ci il sentyabrın 1-dən şirkət yalnız xaricə daşımaları saxlamaqla Rusiya daxilində bağlamaların çatdırılmasını dayandırıb.
Eyni zamanda, DHL-in əsas rəqibləri olan FedEx və UPS Ukraynada müharibə başlayandan sonra Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.