27 C
Baku
Saturday, July 27, 2024

“DHL” Rusiyada xidmətini dayandırır

2022-ci il sentyabrın 1-dən beynəlxalq nəqliyyat şirkəti olan “DHL” Rusiya daxilində çatdırılma xidmətini dayandıracaq. Bu barədə holdinq öz saytında məlumat yayıb. Avqustun 31-dək Rusiyada çatdırılma üçün qəbul edilmiş sənədlər və yüklər “DHL” tərəfindən alıcılara təhvil veriləcək. Bundan əlavə, şirkət Rusiyadan xaricə bağlamalar göndərməyə davam edəcək. “DHL” 1984-cü ildən Rusiyada fəaliyyət göstərir – o, SSRİ-yə gələn ilk beynəlxalq kuryer şirkəti olub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Daxili bazardan çəkilmə qərarını DHL infrastruktur və informasiya sistemlərinin fəaliyyətində “əhəmiyyətli texniki çətinliklər”, habelə “qanunvericilik məhdudiyyətləri” ilə izah edib.

“DHL” 1969-cu ildə San-Fransiskoda yaradılıb və tezliklə bütün dünyada fəaliyyətini genişləndirib. 2002-ci ildən şirkət “Deutsche Post DHL” holdinqinin bir hissəsidir və Almaniyada milli poçt operatorudur.

Hələ bundan əvvəl, 1984-cü ildə “DHL” SSRİ bazarına çıxıb və ölkədə ilk beynəlxalq kuryer operatoru olub. Elə həmin illərdə şirkət rəqiblərinin olmadığı digər bazarlara da – İraq, İran, Çin, Vyetnam, Şimali Koreyaya çıxıb.

Son xəbərlər
Digər xəbərlər