15 C
Baku
Saturday, April 27, 2024

Di Kaprio və Bezos Baydeni “bəşəriyyəti uçurumumdan kənarlaşdırmağa” çağırdılar

Aktyor Leonardo Di Kaprio və “Amazon” şirkətinin qurucusu Ceff Bezos da daxil olmaqla, 150-dən çox aktivist, aktyor, siyasətçi və iş adamı ABŞ prezidenti Cozef Baydeni iqlim dəyişikliyi ilə bağlı məktub yazıblar.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

“Sizi bəşəriyyəti uçurumdan kənarlaşdıran” prezident kimi yadda saxlaya bilərlər. Siz yeni iş yerlərini yaradaraq, iqtisadi, irqi və sağlamlıq bərabərsizliyini aradan qaldıra, çirklənmənin qarşısını ala, o cümlədən energetika sənayesini təmiz enerji mənbələrinə keçirə bilərsiniz”, – məktubda deyilir.

Məktubun müəllifləri Baydenin ABŞ-ın Paris iqlim sazişinə qayıtmasına dair fərmanı imzalamasını dəstəkləsələr də, bunun kifayət olmadığını və onun bu istiqamətdə “əlindən gələnini etməsini” istədiklərini qeyd ediblər.

Xatırladaq ki, bazar günü Baydenin iqlim üzrə müşaviri Jin MakKarti prezidentin gələn həftə iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlər haqqında açıqlama verəcəyini bildirmişdir.

Bayden ölkə səviyyəsində iqlim böhranı ilə mübarizə aparmaq və bu mövzunun milli təhlükəsizliyin əsas prioriteti kimi qəbul etdirmək barədə fərmanlar imzalayacaq.

Qeyd edək ki, ABŞ 2050-ci ilə qədər yeni texnologiyalardan tətbiq etməklə hava tullantılarını sıfıra endirməyi planlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər