9 C
Baku
Sunday, November 17, 2024

Diaqnostik qiymətləndirmədən keçmiş təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişib

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 879 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 791 manat müəyyən edilib.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilmişdi. Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər