Difference between revisions of "Әmlak vergisi"

From ..::Banker.az::..
Jump to: navigation, search
(Created page with "'''Әmlak vergisi (property taxes)''' – müəssisənin əmlak vergisi dedikdə, onun balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür...")
 
(No difference)

Latest revision as of 19:06, 29 November 2011

Әmlak vergisi (property taxes) – müəssisənin əmlak vergisi dedikdə, onun balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür. Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir. Əmlak vergisi üzrə aşağıdakılar vergitutma obyekti sayılır: müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri. Azərbaycan Respublikasında müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı