Difference between revisions of "İşsizlik"

From ..::Banker.az::..
Jump to: navigation, search
(Created page with "'''İşsizlik (unemployment)''' – iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsi...")
 
 
Line 17: Line 17:
  
 
''Mənbə:'' Dövlət Maliyyəsi Terminləri Lügəti  [[Kənan Aslanlı]]
 
''Mənbə:'' Dövlət Maliyyəsi Terminləri Lügəti  [[Kənan Aslanlı]]
 +
 +
 +
 +
----
 +
'''İşsizlik''' - muzdla işləmək istəyən və bacaran lakin iş tapa bilməyən əhalinin cəmi əmək
 +
qüvvəsinə (iqtisadi fəal əhali) nisbətidir.

Latest revision as of 20:24, 11 December 2011

İşsizlik (unemployment) – iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s. İşsizlik özünü müxtəlif formalarda – təbii, mövsümi, struktur, friksion – büruzə verir. İşsizlik ölkədə iqtisadi və sosial mühitə mənfi təsir göstərir, yüksək peşəkar əməyi devalvasiya edir, iqtisadi artım tempini azaldır, sosial gərginlik yaradır, şəxsiyyəti deformasiyaya uğradır. Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılığı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı



İşsizlik - muzdla işləmək istəyən və bacaran lakin iş tapa bilməyən əhalinin cəmi əmək qüvvəsinə (iqtisadi fəal əhali) nisbətidir.