Difference between revisions of "Azərbaycan Respublikasında büdcə sistemi"

From ..::Banker.az::..
Jump to: navigation, search
(Created page with "'''Azərbaycan Respublikasında büdcə sistemi (budget system of the Azerbaijan Republic)''' – Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dö...")
 
(No difference)

Latest revision as of 07:47, 28 November 2011

Azərbaycan Respublikasında büdcə sistemi (budget system of the Azerbaijan Republic) – Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir. Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır. Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır. Büdcə sisteminin vahidliyi eyni büdcə təsnifatı, büdcə sənədləri və formalarından istifadə olunması, büdcələrin icrasına dair müntəzəm hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı