Dolayı vergilər
From ..::Banker.az::..
Dolayı vergilər (indirect taxes) – əmtəə və xidmətlərin tarif və ya qiymətlərinə edilən əlavələrdən tutulan vergilərdir. Əmtəənin mülkiyyətçisi və xidmət göstərən şəxs vergiyığan hesab olunur. Belə ki, onun ödəyicisi kimi xidməti və ya məhsulu onun öz qiymətindən və ya maya dəyərindən yuxarı qiymətdə alan istehlakçı çıxış edir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı
Dolayı vergilər - əmtəənin və xidmətin qiymətindən tutulan vergilər; qismən və ya tamamilə əmtəənin dəyərinə köçürülür.
Mənbə: Vergilər Nazirliyi