Aksiz
Aksiz (excise) – bəzi kütləvi istehlak mallarının (tütün məmulatları, spirtli içkilər, bəzi yanacaq növləri) qiymətinə və ya tarifinə əlavə edilən dolayı vergi növü. Azərbaycan Respublikasında aksizli mallara aşağıdakılar aid edilir: spirt, pivə və spirtli içkilərin bütün növləri; tütün məmulatları; neft məhsulları; minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı
Aksiz - Latınca "accido", fransızca "accise" - "kəsirəm" deməkdir, bəzi istehlak mallarına və xidmətlərə qoyulan dolayı vergi; əmtəənin qiymətinə və ya xidmət tarifinə əlavə edilir və beləliklə, istehlakçılar tərəfindən ödənilir.
Mənbə: Vergilər Nazirliyi