Bankomat
Bankomat (ATM – automatic cash terminal) – bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı
Bankomat bank kartından istifadə etməklə nağd pul vəsaitlərini avtomatik şəkildə qəbul edən və verən proqram-texniki qurğudur. İlk bankomat 1967-ci ildə Londonda quraşdırılmışdır və o ancaq nağd pul verirdi.
Hal-hazırda bankomatların köməyi ilə ancaq nağd pul almaq deyil, eləcə də onları öz hesabınıza köçürə (cash-in qurğusunun köməyi ilə), kommunal xidmətlərin və şəbəkə opratorlarının xidmətlərinin ödənilməsini, kreditlər üzrə ödənişləri, valyuta-mübadilə əməliyyatlarını həyata keçirə və pul köçürmələri, mini- çıxarışlar ala və sair əldə edə bilərsiz. Bəzi banklar lazım olan, lakin geniş yayılmayan xidmətlər təklif edirlər: məsələn, Absolyut Bankda və Barklays Bankda bankomat vasitəsi ilə öz kartınızın PİN-kodunu dəyişmək olar, Binbankda və Yuniastrum Bankda kart vasitəsi ilə yerinə yetirilən əməliyyatlar haqqında faydalı SMS- məlumatlandırma xidmətini qoşmaq olar.
Azərbaycan bazarında üç bankomat istehsalçısı daha aktiv işləyir: bu NCR, Wincor Nixdorf və Diebold-dur.