Aksiz
From ..::Banker.az::..
Revision as of 21:59, 27 November 2011 by 188.253.179.224 (talk) (Created page with "'''Aksiz (excise)''' – bəzi kütləvi istehlak mallarının (tütün məmulatları, spirtli içkilər, bəzi yanacaq növləri) qiymətinə və ya tarifinə əlavə edilən ...")
Aksiz (excise) – bəzi kütləvi istehlak mallarının (tütün məmulatları, spirtli içkilər, bəzi yanacaq növləri) qiymətinə və ya tarifinə əlavə edilən dolayı vergi növü. Azərbaycan Respublikasında aksizli mallara aşağıdakılar aid edilir: spirt, pivə və spirtli içkilərin bütün növləri; tütün məmulatları; neft məhsulları; minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı