Birbaşa vergilər

From ..::Banker.az::..
Revision as of 14:22, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Birbaşa vergilər (direct tax)''' – vergi ödəyicilərinin gəlirlərindən və əmlakdan bilavasitə yığılan vergidir. Bu gəlirlər vergi ödəyicilərinin əldə etd...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Birbaşa vergilər (direct tax) – vergi ödəyicilərinin gəlirlərindən və əmlakdan bilavasitə yığılan vergidir. Bu gəlirlər vergi ödəyicilərinin əldə etdiyi gəlirləri xərcləməmişdən əvvəl tutulur. Birbaşa vergilər vergi ödəyicilərinin gəlirlərini nominal ixtisara salır. Belə ki, burada gəlirlər (əməkhaqqı, faiz, renta və s.) və ya daşınar və daşınmaz əmlakın (vergi ödəyicisinin torpağı, evi, maşını, qiymətli kağızları və s.) dəyəri vergi yığımının obyekti hesab olunur. Birbaşa vergitutma vergi ödəyicisinin gəliri və ailə vəziyyətini nəzərə alır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı