Büdcənin icrası, kassa icrası

From ..::Banker.az::..
Revision as of 14:35, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Büdcənin icrası, kassa icrası (budget execution)''' – dövlət büdcəsinin kassa icrası Maliyyə Nazirliyinin tabeliyindəki Baş Dövlət Xəzinədarlığı vasitəsi...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Büdcənin icrası, kassa icrası (budget execution) – dövlət büdcəsinin kassa icrası Maliyyə Nazirliyinin tabeliyindəki Baş Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun müvəkkil banklardakı vahid hesabında saxlanılır. Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər. Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. Dövlət büdcəsinin icrası barədə illik hesabat müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı