Davamlı inkişaf
Davamlı inkişaf (sustainable development) – ətraf mühitdə və təbii resurslarda uzunmüddətli dövrdə çirklənmə və tükənmə olmadan əldə edilən iqtisadi inkişaf. Davamlı inkişafın səviyyəsini qiymətləndirməyə imkan verən indikatorlar sistemini bir nümunə kimi nəzərdən keçirək: http://www.sustainable-development.gov.uk/progress/regional/ summaries/index.htm
1. Davamlı istehlak və istehsal (iqlim dəyişiklikləri və enerji indikatorları daxil olmaqla): İstixana qazlarının emissiyası; Son istifadəçilərin CO2 emissiyası; Su ehtiyatlarından istifadə; Daxili su istehlakı; Tullantılar; Ev təsərrüfatı tullantıları.
2. Təbii ehtiyatların və ətraf mühitin səmərəli istifadəsi və qorunması: Quşların məskunlaşması; Torpaqdan istifadə; Torpaqdan təkrar istifadə; Mənzillə təminat və məskunlaşma intensivliyi; Hava çirkləndiricilərinin emissiyası; Çay sularının keyfiyyəti; Su təzyiqi.
3. Dayanıqlı icmaların və ədalətli mühitin yaradılması: Aktiv icma iştirakçılığı; Qeydiyyata düşən cinayətkarlıq; Cinayətkarlıq xofu (fear of crime); Məşğulluq; İşsiz ailələr; İqtisadi aktiv olmayanlar; Uşaqlar arasında yoxsulluq; Təqaüdçülər arasında yoxsulluq; Təhsil xidmətləri; Səhiyyə xidmətlərinin bərabərsizliyi; Səhhətli ömür gözləntisi (healthy life expectancy); Ölüm səviyyəsi; Siqarət çəkilməsi səviyyəsi; Uşaqların kökəlməsi səviyyəsi; Əhalinin mobilliyi; Məktəbə cəlbedilmə səviyyəsi; Xidmətlərin əlçatanlığı; Yol qəzaları; Ekoloji bərabərlik; Havanın təmizliyi və səhiyyə; Mənzil şəraiti; Yanacaq çatışmazlığı şəraitində yaşayan ailələr; Evsizlik; Lokal ekoloji keyfiyyət; Lokal ərazidə qaneedicilik; Beynəlxalq yardımlar; Ümumi rifah. Digər kontekstual indikatorlar: İqtisadi buraxılış (economic output); Məhsuldarlıq; İnvestisiya; Demoqrafiya; Ev təsərrüfatları və mənzillər.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı