Desentralizasiya

From ..::Banker.az::..
Revision as of 14:51, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Desentralizasiya (decentralization)''' – mərkəzi hakimiyyətdən yerli hakimiyyətə doğru səlahiyyətlərin, vəzifələrin, məsuliyyətin və resursların hərəkəti...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Desentralizasiya (decentralization) – mərkəzi hakimiyyətdən yerli hakimiyyətə doğru səlahiyyətlərin, vəzifələrin, məsuliyyətin və resursların hərəkətindən ibarət müasir tendensiya. Bu zaman müvafiq ərazi problemləri üzrə qərarqəbuletmə, planlaşdırma, resurs fomalaşdırma funksiyaları məhz həmin ərazinin insanlarından ibarət yerli idarəetmə strukturlarına ötürülür. Desentralizasiyanı zəruri edən amillər: mərkəzi hakimiyyətin funksiyalarının kompleksləşməsi və iş yükünün artması; əhaliyə göstərilən xidmətləri daha da effektiv etmək üçün qərar qəbulu və informaiya toplanması məsuliyyətinin və funksiyasının əhaliyə, problemli məkana yaxınlaşdırılması zərurəti. Ölkədə desentralizasiyanın səviyyəsini müəyyən etmək üçün aşağıdakı kriteriyalardan istifadə olunur: yerli idarəetmə orqanlarının (ilk növbədə yerli özünüidarəetmə orqanlarının) funksiyalarının keyfiyyəti və həcmi; yerli orqanların xərclərinin ölkədəki məcmu sosial xərclərə nisbəti; qərarqəbuletmədə mərkəzi və yerli orqanların payı; yerli orqanların gəlirlərinin məcmu gəlirlərdəki payı; yerli hakimiyyət orqanlarında çalışanların ümumi məşğul əhaliyə nisbəti.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı