Dövlət borcunun yuxarı həddi

From ..::Banker.az::..
Revision as of 16:05, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Dövlət borcunun yuxarı həddi (up limits of the state debt)''' – müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda ölkənin sosial...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət borcunun yuxarı həddi (up limits of the state debt) – müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda ölkənin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı əlavə maliyyələşməyə tələbat və dövlət borcunun digər göstəriciləri (borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) nəzərə alınmaqla aşağıdakılar müəyyənləşdirilir: büdcə ili ərzində cəlb edilən daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri); əvvəlki illərdə alınmış və cari büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri). Daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir. Yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir. Dövlət borcunun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməklə artırıla və ya azala bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı