Dövlət büdcəsi gəlirlərinin təsnifatı

From ..::Banker.az::..
Revision as of 16:06, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Dövlət büdcəsi gəlirlərinin təsnifatı (classification of state budget revenues)''' – dövlət büdcəsi gəlirlərinin yaranma mənbələrinə görə qruplaşdırıl...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət büdcəsi gəlirlərinin təsnifatı (classification of state budget revenues) – dövlət büdcəsi gəlirlərinin yaranma mənbələrinə görə qruplaşdırılmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirlərinin təsnifatına əsasən, dövlət büdcəsinin ümumi gəlirləri 4 bölmədə və 18 köməkçi bölmədə qruplaşdırılır, köməkçi bölmələr isə, öz növbəsində, paraqraflara ayrılır. Dövlət büdcəsi gəlirlərinin qruplaşdırıldığı bölmələr və köməkçi bölmələr aşağıdakılardır:

I. Vergilərdən daxilolmalar

1. Gəlirlərdən (mənfəətdən) vergilər

1.1. Əhalidən tutulan gəlir vergisi

1.2. Mənfəətdən (gəlirlərdən) vergi

1.3. Əmtəə-material dəyərlərinin yenidən qiymətləndirilməsindən daxilolmalar

2. Məcburi dövlət sosial sığorta haqları

3. Əməkhaqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat)

4. Mülkiyyətdən vergilər

4.1.Torpaq vergisi

4.2. Əmlak vergisi

4.3. Hədiyyələrdən və vərəsə qalan əmlakdan vergi

4.4. Qiymətli kağızlarla əməliyyatlardan vergi

5. Mal və xidmətlərdən alınan daxili vergilər

5.1. Əlavə dəyər vergisi

5.2. Aksiz vergisi

5.3. Malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə vergilər

5.4. Hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün vergilər

5.5. Mədən vergisi

6. Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər)

II. Vergi olmayan gəlirlər

7. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər

7.1. Büdcə təşkilatlarının xüsusi vəsaitlərinin daxilolması

7.2. Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar

7.3. Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər

7.4. Xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər

7.5. Daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər

7.6. Mülkiyyətdən daxil olan sair gəlirlər

8. İnzibati tədiyələr və rüsumlar

9. Cərimə və sanksiyalar üzrə daxilolmalar

10. Dövlət idarəçiliyi daxilində dövlət qulluqçularının sosial təminat və təqaüd fondlarına ayırmalar (ehtiyat)

11. Vergi olmayan sair daxilolmalar

III. Əsaslı gəlirlər

12. Əsaslı vəsaitlərin özəlləşdirilməsi

13. Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar

14. Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar

15. Qeyri-rəsmi mənbələrdən əsaslı ödənişlər (transferlər)

IV. Rəsmi qaydada alınan vəsaitlər (transferlər)

16. Xaricdən alınan vəsaitlər

17. Digər səviyyəli büdcələrdən alınan vəsaitlər

Qeyd etmək lazımdır ki, 1-ci (vergilərdən daxilolmalar) və 2-ci (vergi olmayan gəlirlər) bölmələrin cəmi büdcənin cari gəlirlərini əmələ gətirir. Cari gəlirlərə 3-cü (əsaslı gəlirlər) və 4-cü (rəsmi qaydada alınan vəsaitlər) bölmələr üzrə gəlirlər əlavə edildikdə büdcənin ümumi gəlirləri alınır.




Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı