Dövlət büdcəsinin gəlirləri
Dövlət büdcəsinin gəlirləri (budget revenues) – büdcə gəlirləri büdcə və vergi sisteminə uyğun olaraq əsasən mülkiyyət növlərindən, təsərrüfatçılığın təşkilati-hüquqi formalarından asılı olmayaraq vergi ödəmələri bazasında formalaşır və özündə müəssisələrin, təşkilatların və əhalinin büdcəyə ödəmələrini birləşdirir. Büdcə gəlirləri vergi və oxşar ödəmələri, qeyri-vergi ödəmələrini (material ehtiyatlarının satışından və özəlləşdirmədən daxilolmaları) və “Ümumi dövlət idarəetmə” sektorunun digər səviyyələrinin institusional vahidlərindən və beynəlxalq təşkilatlardan alınmış qrantları əhatə edir. Dövlət gəlirlərimilli gəlirin bölgüsü və yenidənbölgüsü prosesi nəticəsində dövlətə daxil olan pul, yaxud material resursları. Dövlət bunlardan öz daxili və xarici funksiyalarını həyata keçirmək məqsədi üçün istifadə edir. Dövlət gəlirlərinin məzmunu, yaranma və istifadə edilməsi prinsipləri bilavasitə istehsal üsulu və hakim istehsal münasibətləri ilə müəyyən edilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı