Dövlət idarəçiliyi
Dövlət idarəçiliyi (public administration) – dövlətin öz hakimiyyət gücünə əsaslanaraq həyata keçirdiyi, insanların ictimai həyat fəaliyyətini qaydaya salmaq, qorumaq, dəyişdirmək məqsədi güdən tətbiqi, təşkiledici, tənzimləyici təsirdir. Bu anlayışı Maks Kefer funksional və səlahiyyət spesifikası ilə fərqlənən, dövlət hakimiyyətinin həyata keçirilməsinin konkret forması kimi xarakterizə edib. “Hökumətin siyasət və proqramlarının həyata keçirilməsi fəaliyyəti” – digər bir tərifdir. Dövlət idarəçiliyinin məzmununa isə ən azı 2 müxtəlif yanaşma mövcuddur. Amerikan yanaşması adlanan 1-ci yanaşmada diqqət idarəetmə prosesi və funksiyalarına dövlətin səlahiyyətləri prizmasından baxışa yönəlir. Başqa sözlə, dövlət idarəçiliyi hakimiyyətin 3 qolunu əhatə edən və “intizam sistemi”nin mövcud olduğu sahə kimi qiymətləndirilir. Avropa yanaşması adlanan 2-ci mövqe isə diqqəti “yalnız icraedicisərəncamverici fəaliyyətə” yönəldir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı