Dövlət inhisarları
Dövlət inhisarları (state monopolies) – yalnız xüsusi lisenziyaya malik dövlət müəssisələrinin fəaliyyət göstərdiyi, rəqabət mühitinin məqsədəuyğun olmadığı spesifik sahələr. Bu sahələrdə yalnız iqtisadi effektivsizliyə görə yox, həm də ölkənin sosial-iqtisadi inkişafında oynadıqları müstəsna rola, milli təhlükəsizliyin təmininə, müvafiq sahənin mal və xidmətlərinin əhali üçün xüsusi əhəmiyyətinə görə rəqabət yaradılmalıdır. Dövlətin inhisarında olan sahələr pul emissiyası fəaliyyəti, xarici iqtisadi fəaliyyətin bəzi növləri (ayrı-ayrı məhsulların idxalı və ya ixracı), bəzi məhsul növlərinin istehsalı və satışı, kütləvi xidmətlərin bəzi növləri və s.-dir. Dövlət inhisarı rejimi müstəsna xarakterlidir və xüsusi qanunla tənzimlənir. Bu müstəsnalıq ancaq təsərrüfat subyektlərinə deyil, dövlət və yerli özünüidarəetmə orqanlarına da şamil edilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı