Dövlət maliyyə nəzarətinin həyata keçirilməsi prinsipləri

From ..::Banker.az::..
Revision as of 16:19, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Dövlət maliyyə nəzarətinin həyata keçirilməsi prinsipləri (principles of public finance control implementation)''' – dövlət maliyyə nəzarətinin həyata keçiri...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət maliyyə nəzarətinin həyata keçirilməsi prinsipləri (principles of public finance control implementation) – dövlət maliyyə nəzarətinin həyata keçirilməsi aşağıdakı prinsiplərə əsaslanır: dövlət maliyyə nəzarətini həyata keçirən nəzarət orqanları və onların vəzifəli şəxsləri tərəfindən mövcud qanunvericilikdə müəyyən olunmuş normalara və qaydalara tam əməl edilməsi ilə qanunilik; nəzarətin həyata keçirilməsi zamanı qərəzsizliyi müəyyən edilmiş nəticələrin və rəylərin obyektivliyini, düzgünlüyünü təmin etmək məqsədilə nəzarət orqanlarının və onların işçilərinin sərbəstliyi; nəzarətin daha yüksək keyfiyyətlə həyata keçirilməsi üçün nəzarət orqanları işçilərinin peşəkarlığı; dövlət sirlərinin, habelə qanunla qorunan digər sirlərin məxfiliyinin təmin olunması ilə aşkarlıq; dövlətin maliyyə sferasının bütün istiqamətlərinin nəzarət tədbirləri ilə daha geniş əhatə olunması məqsədilə dövlət maliyyə nəzarəti orqanlarının işində sistemlilik və planlaşdırma.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı