Dövlət maliyyə nəzarətinin təşkili prinsipləri
Dövlət maliyyə nəzarətinin təşkili prinsipləri (principles of organization of public finance control) – dövlət maliyyə nəzarətinin təşkili aşağıdakı prinsiplərə əsaslanır: dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyət dairəsinin Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi barədə mövcud qanunvericiliyə uyğun olaraq vəzifə və səlahiyyətlərinin bölgüsü; dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar arasında onların fəaliyyət dairələrinə uyğun olaraq vəzifə və səlahiyyətlərin bölgüsü; öz vəzifələrinin sərbəst və obyektiv icrasını təmin etmək məqsədilə dövlət maliyyə nəzarəti orqanlarının və onların vəzifəli şəxslərinin nəzarət obyektlərindən şəxsi və funksional asılı olmaması; dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətlərində təkrarçılığa yol verilməməsi və dövlət hakimiyyətinin bütün səviyyələrində dövlət maliyyə nəzarəti orqanlarının vahid sisteminin təmin edilməsi məqsədilə həmin orqanların fəaliyyətlərinin koordinasiya olunması; nəzarətin həyata keçirilməsi zamanı əldə olunan məlumatların qorunub saxlanılması və onlardan istifadənin məhdudlaşdırılması ilə məxfiliyin təmin olunması.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı