Dövlət proqramı
Dövlət proqramı (state program) – ümumdövlət əhəmiyyətli sosialiqtisadi, ekoloji, elmi-texniki istiqamətlərin inkişaf strategiyasını müəyyən edən sənəddir. Burada məqsədəçatmanın başlıca vəzifələri, bu vəzifələr çərçivəsində nəzərdə tutulan konkret tədbirlər, onların həyata keçirilməsi müddəti (başlanğıc və son) və icraçı subyektlər təsvir edilirlər. Dövlət proqramında nəzərdə tutulan tədbirlər layihələr şəklində rellaşdırılır. Məhz bu mərhələdə resurslardan istifadə və nəticəlilik məsələləri gündəmə gəlir. Dövlət proqramları adətən nazirliklər, komitələr, agentliklər və digər dövlət orqanları tərəfindən formalaşdırılsa da, texniki və informasiya təminatını istənilən mülkiyyət formasında olan təsərrüfat subyektlərinin iştirakı və dəstəyi ilə həyata keçirmək olar. Dövlət proqramları adətən 1-5 illik müddəti əhatə edir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı