Dövlət reyestrinin aparılmasının məqsədi
From ..::Banker.az::..
Revision as of 22:28, 28 November 2011 by 188.253.219.242 (talk) (Created page with "'''Dövlət reyestrinin aparılmasının məqsədi (purpose of public register)''' – dövlət reyestrinin aparılmasının əsas məqsədləri aşağıdakılardır: əhalinin y...")
Dövlət reyestrinin aparılmasının məqsədi (purpose of public register) – dövlət reyestrinin aparılmasının əsas məqsədləri aşağıdakılardır: əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək; müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək; əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaq.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı