Dövlət vergi orqanları

From ..::Banker.az::..
Revision as of 15:07, 29 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Dövlət vergi orqanları (state tax bodies)''' – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və bilavasitə ona tabe olan ərazi ve...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət vergi orqanları (state tax bodies) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və bilavasitə ona tabe olan ərazi vergi orqanlarını təşkil edir. Vergi orqanları eyni zamanda öz səlahiyyətləri çərçivəsində hüquq-mühafizə orqanlarının səlahiyyətlərini də həyata keçirirlər. Onlar fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirirlər. Vergi orqanları tərəfindən qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Vergi orqanları vergilərin (tranzit vergisi, idxal-ixrac əməliyyatları üzrə vergilərdən başqa) tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı