Əmək pensiyası ödənişinin maliyyə mənbələri

From ..::Banker.az::..
Revision as of 16:02, 29 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Əmək pensiyası ödənişinin maliyyə mənbələri (financial sources of work pension)''' – əmək pensiyasının baza hissəsi və baza hissəsinə əlavələr məcburi ...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Əmək pensiyası ödənişinin maliyyə mənbələri (financial sources of work pension) – əmək pensiyasının baza hissəsi və baza hissəsinə əlavələr məcburi dövlət sosial sığorta vəsaitləri, dövlət büdcəsinin transferləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir. Əmək pensiyasının sığorta və yığım hissələri, qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığorta vəsaitləri hesabına maliyyələşdirilir. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığorta olunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı