Ərzaq təhlükəsizliyi
From ..::Banker.az::..
Revision as of 19:07, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Ərzaq təhlükəsizliyi (food security)''' – ərzaq təhlükəsizliyi anlayışına üç ünsür daxildir: yüksək keyfiyyətli ərzaq məhsullarının mövcudluğu; ailə...")
Ərzaq təhlükəsizliyi (food security) – ərzaq təhlükəsizliyi anlayışına üç ünsür daxildir: yüksək keyfiyyətli ərzaq məhsullarının mövcudluğu; ailələrin bu ərzağı əldə edə bilməsi; ərzağın analoji qidalandırıcı tərkibi. Milli səviyyədə qeyri-ərzaq təhlükəsizliyi inkişafın aşağı səviyyəsinin və etibarlı bazarın olmamasının nəticəsidir. Ailə səviyyəsində bu, gəlirlərin kifayət qədər olmamasından, başqa sözlə, yoxsulluqdan doğan problemdir. Azərbaycanda Ərzaq Proqramı 1996-cı ildən həyata keçirilir. Bu proqram kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəlib.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı