Fərdi identifikasiya nömrəsi

From ..::Banker.az::..
Revision as of 20:02, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Fərdi identifikasiya nömrəsi (private identification number)''' – rəsmi qanunvericiliyə əsasən, dövlət reyestrinə barəsində məlumat daxil edilən şəxsə müə...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Fərdi identifikasiya nömrəsi (private identification number) – rəsmi qanunvericiliyə əsasən, dövlət reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid, təkrarolunmaz koddur. Dövlət reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hər bir vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı