Fiziki şəxslərin gəlir vergisi

From ..::Banker.az::..
Revision as of 20:06, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Fiziki şəxslərin gəlir vergisi (income tax of physical person)''' – rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridir. Rezident fiziki ş...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Fiziki şəxslərin gəlir vergisi (income tax of physical person) – rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridir. Rezident fiziki şəxslərin gəliri onun Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Gəlirlərə aşağıdakılar aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergidən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün bütün gəlirlərlə həmin dövr üçün müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən, yəni vergiyə cəlb edilən gəlirdən ibarətdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin vergiyə cəlb olunan gəliri Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə etdiyi ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkdiyi və gəlirdən çıxılan məbləğ arasındakı fərqə bərabərdir. Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı