Hesablama Palatası

From ..::Banker.az::..
Revision as of 20:56, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Hesablama Palatası (Chamber of Accountant)''' – ölkədə ali büdcəmaliyyə nəzarətini həyata keçirən dövləl orqanıdır. “Hesablama Palatası haqqında” Azər...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Hesablama Palatası (Chamber of Accountant) – ölkədə ali büdcəmaliyyə nəzarətini həyata keçirən dövləl orqanıdır. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olunub və 2001-ci ildə ona müəyyən dəyişikliklər edilib. Qanuna müvafiq olaraq Hesablama Palatasının əsas funksiyaları əsasən bunlardır: dövlət büdcəsınin büdcədənkənar dövlət fondlarının təsisatlarının, büdcələrinin layihələrinə rəy vermək; dövlət büdcəsi və icmal büdcənin auditini aparmaq; dövlət əmlakının özəlləşdirilməsi və idarə olunmasından vəsaitlərin dövlət büdcəsinə daxil olmasının təmin edilməsinə nəzarəti həyata keçirmək; dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc maddələrinin strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirmək; dövlət büdcəsinin icrası barədə Milli Məclisə rüblük məlumatlar hazırlamaq və illik icra hesabatı haqda müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşmələrin təsdiq olunmuş büdcədə müəyyən edildiyi kimi aparılmasını təhlil edib kənarlaşmaların aradan qaldırılmasına nail olmaq və s. Nəzarət tədbirlərinin həyata keçirilməsinin nəticəsi olaraq Hesablama Palatası özünün yekun rəylərini hazırlayır və sonra Milli Məclisə təqdim edir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı