İcarə
İcarə (rent) – icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasinda, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. İcarəyə iqtisadiyyatin bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. İcarə münasibətlərini (icarəyə verənin icarəçi ilə münasibətləri) tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddəti və s. İcarə haqqı tərəflərin razılığı ilə natura formasında, pul formasında və ya qarışıq formada təyin edilə bilər. Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği əvvəlcədən normativ qaydada müəyyən edilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı