İqtisadiyyatın dövlət tənzimlənməsi
From ..::Banker.az::..
Revision as of 09:36, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''İqtisadiyyatın dövlət tənzimlənməsi (state regulation of economy)''' – bazar mexanizminin normal fəaliyyət göstərməsi, iqtisadi və sosial problemlərin həlli m...")
İqtisadiyyatın dövlət tənzimlənməsi (state regulation of economy) – bazar mexanizminin normal fəaliyyət göstərməsi, iqtisadi və sosial problemlərin həlli məqsədilə dövlətin təsərrüfat subyektləri fəaliyyətinə və bazar konyunkturuna təsirinin forma və metodlarının cəmi. İqtisadiyyatın dövlət tənzimlənməsinin 2 əsas forması mövcuddur: birbaşa – dövlət mülkiyyətinin genişlənməsi, qanunvericilik və idarəçilik vasitəsilə və dolayı – iqtisadi siyasət tədbirləri əsasında: investisiyaların stimullaşdırılması, məşğulluğun təmin olunması, antiinflyasiya tədbirləri, ixrac və idxalın stimullaşdırılması.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı